XƏBƏR
10:30

  6 noyabr milli televiziya və radio günüdür

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
Bu gün Azərbaycanda televiziyanın yaranmasının 62 və radionun yaranmasının 92 yaşı tamam olur. Agyol.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu  tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
 
Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.




  Yayım tarixi :06 Noyabr 2018   10:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .