XƏBƏR
10:44

  Hər gün 5 zeytun yeyin, bu xəstəlikdən uzaq olun

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

İspaniya alimləri sübut edir ki, zeytunun qabığında olan bioloji aktiv maddələr xərçəng hüceyrələrini məhv edir, xərçəng şişinin inkişafını ləngidir.

 

 

Yeni araşdırmanın nəticələri “Molekulyar Biologiya” jurnalında dərc olunub.

Agyol.az, xəbər verir ki, mütəxəssislər zeytunun xüsusilə bağırsaq və süd vəzi xərçənginə qarşı effektli olduğunu sübut edirlər. Nəzərinizə çatdıraq ki, bu 2 xərçəng növü ən yayılmış sayılır.

Güclü antioksidant olan E vitamini ilə zəngin zeytun orqanizmi toksinlərdən təmizləyir, immuniteti möhkəmləndirir, orqanizmin virus və bakteriya infeksiyalarına qarşı davamlılığını artırır, toxumaların bərpasını yaxşılaşdırır.

Zeytun kalium, fosfor, dəmir və bir çox digər faydalı minerallarla zəngindir. Mütəxəssislərin fikrinə görə, zeytunun müntəzəm olaraq istehlakı həmçinin ürək və damar xəstəliklərinin riskini də azaldır.

Mütəxəssislər hər gün 5-6 zeytun yeməyi tövsiyə edirlər.

 




  Yayım tarixi :05 Noyabr 2018   10:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .