XƏBƏR
19:32

  Müdafiə naziri tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.

Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnikalar üçün nəzərdə tutulmuş saxlanclara baxış keçirərək konkret tapşırıqlar verib.

 




  Yayım tarixi :03 Noyabr 2018   19:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .