XƏBƏR
10:58

  Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı öz işinə yekun vurub.


Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ən güclülərin müəyyənləşdiyi bu turnirdə komandamız Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyətilə təmsil olunub.

İdmançılarımızdan ən yaxşı nəticə ilə N.Simonov fərqlənməyi bacarıb. Millimizin üzvü dünya nəhənglərinin sırasına daxil ola bilmək üçün bütün gücünü toplayaraq ona olan ümidləri doğrultmağa çalışıb. Belə ki, bir neçə ay öncə qitə birinciliyində çıxış edən Nikita halqalarla çıxışını 12-ci yerdə başa vurmuşdu. Bu dəfə isə sevimli aləti halqalarda öz proqramını daha da mükəmməlləşdirməsi gimnastımızı məhz dünya çempionatında 194 gimnast arasında 7-ci edib.

Qarşıda isə gimnastlarımızı növbəti ciddi start - Olimpiya Oyunlarına təsnifat yarışları gözləyir.

 




  Yayım tarixi :03 Noyabr 2018   10:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .