XƏBƏR
21:14

  Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən “Texniki fasilə” başa çatıb.

Agyol.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, noyabrın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcəklər.

Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

- Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcəkdir və Bakıya saat 1032-də çatacaqdır; Sumqayıt stansiyasından saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcəkdir və Bakıya saat 1142-da çatacaqdır.

 




  Yayım tarixi :02 Noyabr 2018   21:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .