XƏBƏR
15:18

  Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki Komissiyaları arasında memorandum imzalanıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

2018-ci il 1-2 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Agyol.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, konfransda iştirak edən komissiya sədri Məzahir Pənahov səfər çərçivəsində Qazaxıstanlı həmkarı ilə yanaşı, bir sıra ölkələrin seçki idarəetmə qurumlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirib, seçkilərlə bağlı müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Noyabrın 2-də Astanada Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki Komissiyaları arasında Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Azərbaycan Mərkəzi Seçki Komissiyası adından sədr Məzahir Pənahov və Qazaxıstan Mərkəzi Seçki Komissiyası adından sədr Berik İmaşev imzalayıblar.

Anlaşma Memorandumu bütün sahələrdə əlaqələri ilbəil genişlənən Azərbaycan və Qazaxıstanın ali seçki qurumları arasında da münasibətlərin intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıyır.

 




  Yayım tarixi :02 Noyabr 2018   15:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .