XƏBƏR
12:37

  Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürdü

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürüb.

Agyol.az-ın məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış başlayıb. Bu dəfə zərif gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınayırlar.

Sayca 25-ci olan bu çempionatda Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Sərhədçi Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak edirlər.

 2 gün davam edəcək turnirdə 100-ə yaxın təmsilçinin çıxış edəcəyi gözlənilir. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olacaq. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim edəcək və günün sonunda fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Növbəti yarış gününə isə yeniyetmələr start verəcək. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq yüksək xal almaq üçün çalışacaqlar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lentlə proqramlarını icra edəcəklər. Beləliklə, turnirin sonunda bütün alətlər üzrə yekun xal əsasında fərdi çoxnövçülükdə fərqlənmiş gimnastlar fəxri kürsüyə yüksələcəklər.

 




  Yayım tarixi :02 Noyabr 2018   12:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .