XƏBƏR
11:26

  Metroda qatarda problem yarandı - İnterval uzandı

Gündəm

Xəbər lenti

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb.

Agyol.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə səhər saat 08:17 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib.

Qatarda qəfil nasazlıq yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarlarda interval uzanıb.

Hazırda nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.

 




  Yayım tarixi :02 Noyabr 2018   11:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .