XƏBƏR
15:59

  "Qarabağ" Tofiq Bəhramov stadionuna qayıdır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Agyol.az-ın məlumatına görə, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

 Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

- I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr 2018-ci il saat 15:00 tarixində “Azersun Arena”da keçirilsin;
- Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü 3 noyabr 2018-ci il saat 19:00 tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin.

 




  Yayım tarixi :01 Noyabr 2018   15:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .