XƏBƏR
15:36

  Kirayə mənzil götürən zaman nələrə diqqət edilməlidir?

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Kirayə mənzil götürən zaman nələrə diqqət edilməlidir?

Kirayə götürülən mənzilin yerləşdiyi bina və ətraf ərazi dəqiq araşdırılmaldır. Kirayə mənzil seçimi edildikdən sonra həmin yaşayış binasına baxış keçrilməlidir:

“Mənzilə verilən elektrik enerjisi, qaz, kanalizasiya sistemi yoxlanmalı və daha sonra müqavilə bağlanmalıdır. İmzalanan sənəddə tərəflərin hüquq və vəzifələri tam göstərilməlidir. Yaxşı olar ki, kirayə mənzil götürən şəxslər hüquqşünas və mütəxəssisin iştirakı ilə müqavilə bağlasınlar”.

Müqavilədən sonra evə baxış keçirilib, akt tərtib olunmalıdır:

“Evin texniki vəziyyəti bilinməlidir. Burada ödəniş şərtləri də əsasdır. Müqavilədə mütləq kirayə pulunun ödənmə vaxtı, verginin kim tərəfindən verilməsi göstərilməlidir.

Şərtlər nəzərə alındıqdan sonra sənəd imzalana bilər. Çünki tərəflərdən biri müqavilə şərtlərini pozan zaman digər şəxs iddia qaldıra bilsin”.

Azərbaycanda kirayə bazarı hələ formalaşmadığını deyən ekspert bildirib ki, xarici ölkələrdə bu işlərlə məşğul olan şirkətlər var:

“Onlar mənzilini kirayə verən və götürənə hüquq, vəzifələrini izah edirlər. Azərbaycanda isə hər iki tərəf müqavilə şərtlərini pozur. Heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.

Amma xaricdə qarşı tərəfin hüququnu pozan şəxs onun təzminatını ödəyir. Bizdə bu problemin aradan qalxması üçün zaman lazımdır”.

 




  Yayım tarixi :01 Noyabr 2018   15:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .