XƏBƏR
14:03

  “Forbes”: mərhum məşhurlar arasında hamıdan çox Maykl Cekson gəlir gətirir

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

“Forbes” jurnalının oktyabrın 31-də dərc etdiyi ölümündən sonra da gəlir gətirən məşhurların mədəni irsi reytinqinə Maykl Cekson başçılıq edir. 


Agyol.az xəbər verir ki, musiqiçi Maykl Cekson ardıcıl olaraq altıncı dəfədir bu siyahıda birinci yeri tutur. Onun irsi 12 ay ərzində varislərinə 400 milyon dollar gəlir gətirib. Ötən il bu göstərici 75 milyon dollar təşkil edirdi. Bu məbləğin böyük hissəsi müğənniyə aid EMI səsyazma kompaniyasının satışından əldə olunan gəlirin payına düşür.

1977-ci ildə vəfat edən Elvis Presli reytinqdə dördüncü yerdən ikinci pilləyə yüksəlib. Jurnal musiqiçinin illik gəlirlərini 40 milyon dollar həcmində qiymətləndirib. Siyahıda üçüncü yerdə 2016-cı ildə vəfat etmiş qolf ustası Arnold Palmer qərarlaşıb. Onun 35 milyon dollarlıq gəlirlərinin əksəriyyəti icad etdiyi limonad və soyuq çaydan ibarət alkoqollu içkinin satışları nəticəsində əldə olunub.

Həmçinin ilk onluğa amerikalı karikatura ustası Çarlz Şuls (34 milyon dollar), yamaykalı müğənni Bob Marli (23 milyon dollar), uşaq yazıçısı və multiplikatoru Doktor Syuz (16 milyon dollar), “Playboy” jurnalinin banisi Hyu Hefner (15 milyon dollar), aktrisa və müğənni Merlin Monro (14 milyon dollar), müğənni Prins (13 milyon dollar) və “The Beatles” qurunun lideri Con Lennon (12 milyon dollar) daxildir.

“Forbes” jurnalının məlumatına əsasən, təqvim ili ərzində (2017-ci il oktyabrın 1-dən 2018-ci il oktyabrın 1-dək) mərhum məşhurların gəlirlərinin ümumi həcmi 628 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur (312 milyon dollar).

 




  Yayım tarixi :01 Noyabr 2018   14:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .