XƏBƏR
21:50

  Bakıda bahalı avtomobillər ucuzlaşıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib. Agyol.az xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, mühərrik həcmi 3-dən böyük olan avtomobillərin 55.866 manat və qiymətdə 7.57 faiz azalma olub.

N.İbrahimov bildirib ki, sentyabr ayında ümumilikdə 1444 ədəd avtomobil satışa çıxarılıb:

“Əvvəlki ayla müqayisədə sentyabrda avtomobil bazarında təkliflər portfeli 0,48 faiz azalıb".

 




  Yayım tarixi :31 Oktyabr 2018   21:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .