XƏBƏR
15:55

  İlham Əliyev yeni icra başçıları təyin etdi - 3 sərəncam

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.


Agyol.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


İlham Əliyev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


İlham Əliyev T.N.Məmmədovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sərənxamda qeyd olunub:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin

 




  Yayım tarixi :30 Oktyabr 2018   15:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .