XƏBƏR
15:50

  Ərdoğan: İstanbulun yeni hava limanı regionun nəqliyyat qovşağına çevriləcək

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

İstanbulda yeni açılmış və “İstanbul” adı verilmiş hava limanı regionun nəqliyyat qovşağına çevriləcək.

Agyol.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, layihə yeni-yeni reallaşdırılmağa başlayarkən üçüncü hava limanının tikintisinə çox az adam inanırdı.

R.T.Ərdoğanın sözlərinə görə, “İstanbul” hava limanının tikintisinin 42 ay ərzində başa çatdığı bir vaxtda Avropanın ən inkişaf etmiş ölkəsi Almaniyada aeroportun tikintisi davam edir.

Qeyd edək ki, dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.
İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub. Aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib.

İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.

 




  Yayım tarixi :30 Oktyabr 2018   15:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .