XƏBƏR
12:36

  Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Bolsonaru, Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

 




  Yayım tarixi :30 Oktyabr 2018   12:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .