XƏBƏR
10:42

  Cüdoçularımız "Böyük Dəbilqə" turnirində 3 medal qazandılar

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU


Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirinə yekun vurulub.

Agyol.az, xəbər verir ki, mötəbər turnirdə mübarizə aparan Azərbaycan millisinin 3 üzvü medal qazanıb.

"Böyük Dəbilqə"də ölkəmizi -100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Məhəmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edbiblər.

Qeyd edək ki, 62 ölkədən 346 (214 kişi, 132 qadın) cüdoçunun qüvvəsini sınadığı Abu-Dabi turnirində Azərbaycan millisi 8 cüdoçu ilə təmsil olunub.




  Yayım tarixi :30 Oktyabr 2018   10:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .