XƏBƏR
11:42

  “Real”ın baş məşqçisi bu gün istefaya göndəriləcək

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Bu gün İspaniyanın “Real” klubunun baş məşqçisi Xulen Lopeteqi istefaya göndəriləcək.


Agyol.Az xəbər verir ki, buna səbəb “Real”ın La Liqanın X turunda əzəli rəqib “Barselona”ya böyük hesablı məğlubiyyətdir (1:5).


Yerli mətbuatın iddiasına görə, artıq Xulen Lopeteqi futbolçularla vidalaşıb. Bu gün Madrid klubunun Müşahidə Şurasının iclası olacaq. Bundan sonra Lopeteqinin istefası açıqlanacaq. Onun yerinə italiyalı Antonio Kontenin təyin olunacağı gözlənilir.


Qeyd edək ki, “Real” tarixinin ən pis dönəmlərindən birini yaşayır. Komanda İspaniya La Liqasının turnir cədvəlində 14 xalla IX sırada qərarlaşıb.




  Yayım tarixi :29 Oktyabr 2018   11:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .