XƏBƏR
11:03

  Sərnişin təyyarəsi qəzaya uğrayıb - GÖYƏRTƏSİNDƏ 188 NƏFƏR OLUB - YENİLƏNİB - FOTO

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU


İndoneziyanın Yava adasının yaxınlığında suda batan "Lion Air" aviaşirtkəinin təyyarəsinin göyərtəsində ən azı 188 nəfər olub.


Agyol.Az xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndələrinə bildirib.


Ölkənin xilasetmə xidmətinin nümayəndəsi, öz növbəsində, bildirib ki, "JT610" aviareysini yerinə yetirən təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra əlaqəni itirib.

---------

07:55

İndoneziyanın xilasedici xidmətlərinin məlumatına görə, Cakarta limanından çıxan yedəkdə sərnişin təyyarəsinin dənizə düşdüyünü görüblər.

Agyol.Az xəbər verir ki,Cakartadan Pankalpinanqa uçan təyyarənin göyərtəsində 178 nəfər olub.


"Lion Air" aviaşirkətinin rəhbəri Edvard Sirait vəziyyəti şərh etməkdən imtına edib. "Hal-hazırda şərh verə bimərik. Biz bütün məlumatı toplamağa çalışırıq", - deyə Sirait bildirib.

---------

07:07

"Lion Air" aviaşirkətinin "Boeing 737" təyyarəsi Cakarta aeroportundan havaya qalxandan sonra qəzaya uğrayıb.


Agyol.Az xəbər verir ki,sərnişin təyyarəsi havaya qalxdıqdan 10 dəqiqə sonra radarlardan itib.

Təyyarə Cakartadan Pankallinanq şəhərinə aviareysi (JT-610) yerinə yetirirdi.

 

 




  Yayım tarixi :29 Oktyabr 2018   11:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .