XƏBƏR
10:55

  "Barselona" "Real"ı darmadağın etdi: 5:1 - YENİLƏNİB

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

"Barselona" futbol klubunun futbolçuları İspaniya Çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında "Real Madrid" üzərində böyük hesablı qələbə qazanıblar.


Agyol.az xəbər verir ki, Kataloniyada keçirilən oyun 5:1 hesabı ilə "Barsa"nın xeyrinə yekunlaşıb.


"Barselona"dan qolları Luis Suares (30-cu dəqiqə - penalti, 75 və 83-cü dəqiqələr), Filippe Koutinyo (11-ci dəqiqə) və Arturo Vidal (87-ci dəqiqə) vurublar. "Real Madrid"in yeganə qolunu oyunun 50-ci dəqiqədə Marselo vurub.


"Barselona" 21 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, "Real" isə 14 xalla doqquzuncudur.

 




  Yayım tarixi :29 Oktyabr 2018   10:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .