XƏBƏR
10:39

  Gürcüstanda prezident ikinci turda seçiləcək - Yenilənib

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bazar günü Gürcüstanda keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən artıq səs toplaya bilməyib.


Agyol.az xəbər verir ki, bu vaxta qədər səslərin 87 faizi toplanıb və nəticələrə görə prezidentin seçilməsi üçün ikinci turun keçirilməsi qaçılmazdır.


Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı məlumata görə, ikinci tura müstəqil namizəd Salome Zurabişvili və müxalifətdən olan namizəd Qriqol Vaşadze keçir. Belə ki, Salome Zurabişvili səslərin 40,05 faizini, Qriqol Vaşadze 37,93 faizini toplayıb. Digər müxalifət namizədi David Bakradze isə 10,83 faiz səs toplaya bilib. 

***

MSK-nın saat 9.00-a olan məlumatına görə ilk üçlükdə səslər aşağıdakı kimidir:


Salome Zurabişvili - 38,66%
Qriqol Vaşadze - 37,7%
David Bakradze - 10,97%.

 




  Yayım tarixi :29 Oktyabr 2018   10:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .