XƏBƏR
15:07

  Sergey Markov: "Dünya və bəşəriyyət Humanitar Forumun keçirilməsinə görə Bakıya minnətdar olmalıdır"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Agyol.Az xəbər verir ki, Bakı Beynəlxalq Humanitar Forumu möhtəşəm layihədir, dünya və bəşəriyyət bu layihəni həyata keçirdiyi üçün Azərbaycana minnətdar olmalıdır.


Rusiyalı politoloq, Dövlət Dumasının deputatı Sergey Markov deyib.


S.Markov qeyd edib ki, bu prosesdə Rusiya nümayəndə heyəti də fəal iştirak edir və bu cür irimiqyaslı dialoq platforması RF və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaranıb. Bununla belə, tədbirin yüksək səviyyədə təşkilində və keçirilməsində əsas rolu Azərbaycan oynayır:

"Dünyada çoxlu sayda kəskin və kəskinləşməkdə olan humanitar problemlər mövcuddur və ortaq çıxış yolu tapmaq üçün bunları müzakirə etmək lazımdır. Qloballaşma dinamik olaraq irəliləyir və bu, yaxşı haldır. Amma bəzən idarə olunmur və sosial ədalətsizliyin artmasına səbəb olur. Bir sözlə, əhalinin böyük hissəsi qloballaşmaqdan faydalana bilmir, amma başqalarının ondan yararlandığını müşahidə edir".


Onun sözlərinə görə, başa düşmək lazımdır ki, qloballaşmaya qoşulma bir çox məsələdən biridir: "Digər problem onunla bağlıdır ki, qloballaşma şəxsiyyət böhranına gətirib çıxarır. Amma belə bir rəy var ki, multikulturalizm böhranı da mövcuddur. Şəxsən mən bu fikirlə razı deyiləm. Fikrimcə, multikulturalizm böhranı yoxdur, çünki multikulturalizm yenicə inkişaf edir".


Politoloqun fikrincə, dünyada multikulturalizmin konkret forması kimi tolerantlıq böhranı mövcuddur və bunun məğzi ondan ibarətdir ki, tolerantlıq digər insanın fərdiliyini diqqətə almamaq cəhdi kimi nəzərə alınır.


S.Markov əlavə edib ki, bu baxımdan daha bir vacib fenomen təhsildir: "Müasir insan hər 5-10 ildən bir peşəsini dəyişməli olur. Bu isə o deməkdir ki, o, daim təhsil almalıdır".

Ekspert yekunda bildirib ki, bütün bu problemlər beynəlxalq platformalarda müzakirə olunmalıdır.

 




  Yayım tarixi :27 Oktyabr 2018   15:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .