XƏBƏR
10:59

  Nazirlik: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır

Gündəm

Xəbər lenti

Bakının Səbail rayonunun Badamdar sürüşmə sahəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

 




  Yayım tarixi :27 Oktyabr 2018   10:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .