XƏBƏR
10:05

  Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" Aİ bazarı və Xəzər regionu arasında körpü olacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" Avropa Komissiyası üçün prioritet layihələrdən biri olaraq qalır.

 

Agyol.az xəbər verir ki, bunu layihənin Avropa İttifaqının təmiz energetikaya keçid strategiyasına uyğunluğu barədə sualı cavablandırarkən Komissiyadan bildiriblər.

Avropa Komissiyasında qeyd ediblər ki, "Cənub Qaz Dəhlizi" Avropa enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır, xüsusən də Avropanın Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi daha çox zəif hissələrində.

"Biz hamımız Aİ bazarı və Xəzər regionu arasında bu "körpü"dən xeyir qazanacağıq. Son nəticə olaraq məqsədimiz azad ticarət, rəqabət, şaxələndirilmiş tədarük, mənbə və marşrutlara əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır", - deyə Komissiyada bildiriblər.

 




  Yayım tarixi :27 Oktyabr 2018   10:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .