XƏBƏR
20:48

  Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və icrasının sürətləndirilməsinə dair Bakı Prinsipləri qəbul edildi

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair Bakı Prinsipləri qəbul edilib.

Agyol.az xəbər verir ki, Bakı Prinsiplərində BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-lərin icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək” (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanmaq tövsiyə olunur.

Bakı Prinsiplərində Dayanıqlı İnkişaf Məqsədlərinn inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, DİM-lərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərini də diqqət mərkəzində saxlamaq öz əksini tapıb.

Bakı Prinsipləri qəbul edir ki, DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsi çoxillik prosesdir və həm Azərbaycan, həm də BMT tərəfindən uzunmüddətli və ardıcıl əməkdaşlığın təmin olunmasını şərtləndirir.

 




  Yayım tarixi :26 Oktyabr 2018   20:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .