XƏBƏR
15:16

  "VI Bakı Beynəxalq Humanitar Forumunda müzakirə olunan aktual problemlər perspektivdə öz həllini tapır"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

VI Bakı Beynəxalq Humanitar Forumu Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçən və beynəlxalq səviyyədə tanınan çox ciddi dialoq platformasıdır.



Agyol.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov deyib.


O qeyd edib ki, Foruma maraq getdikcə artır, çünki bu tədbirdə müzakirə olunan aktual problemlər perspektivdə öz həllini tapır:


"Bu beynəlxalq dialoq platformasında heç bir ölkənin müstəqil şəkildə həll edə bilməyəcəyi qlobal problemlər müzakirə olunur".


S.Neverov eyni zamanda dinamik inkişaf edən və möhkəmlənən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edib.


Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

 




  Yayım tarixi :26 Oktyabr 2018   15:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .