XƏBƏR
15:12

  VI Bakı Beynəxalq Humanitar Forumunun bəyannaməsi qəbul edilib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

VI Bakı Beynəxalq Humanitar Forumunun bəyannaməsi qəbul edilib.



Agyol.az xəbər verir ki, bəyannamədə qeyd olunur ki, Forumun işi əməkdaşlığın genişlənməsinə və inkişaf etməsinə töhfə verəcək:


"Yalnız insan potensialı və insan kapitalının inkişafına qoyulan sərmayələrin, dövrümüzün çağırışlarına tutarlı cavablar tapılmasının ən mühüm şərti olmaqla, həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş idarəetmə, istehsalat, elmi və informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirməsini təmin etdiyini düşünürük. Azərbaycanda insan kapitalının qorunub saxlanılması və artırılması istiqamətində əldə olunan və bütövlükdə dayanıqlı inklüziv inkişaf sahəsində yüksək nəticələr təmin edən böyük nailiyyətlər qazanıldığını təsdiq edirik. Ən yeni, o cümlədən fənlərarası bilik və vərdişlərin fasiləsiz təhsil proqramlarına inteqrasiyası yolu ilə insan kapitalının inkişafının dayanıqlı inkişafının ən vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik. Ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşmasının, istehlak və istehsalın, təbii sərvətlərə qayğıkeş münasibətin səmərəli modellərinin tətbiqinə yönəlmiş müxtəlif fəaliyyətlərin həvəsləndirilməsini və iqlim dəyişiklikləri ilə bağlı zəruri tədbirlərin görülməsinə şüurlu münasibətin vacibliyi xüsusi vurğulanır.


İnsan inkişafı və humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli strukturları tolerantlıq və qarşılıqlı hörmət mühitinin formalaşdırılmasına, müasir qlobal və lokal çağırışların həllinə yönəlmiş forum, konfrans və dəyirmi masaların mütəmadi olaraq keçirilməsinə çağırırıq. Bu bəyənnamənin qəbul olunmasını və ondan humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadə edilməsini zəruri sayırıq".


Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

 




  Yayım tarixi :26 Oktyabr 2018   15:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .