XƏBƏR
13:03

  Sabahın HAVAsı

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Agyol.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava, əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-12, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 1-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək.


ETSN xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-si səhərədək davam edəcək.

 




  Yayım tarixi :26 Oktyabr 2018   13:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .