XƏBƏR
10:08

  DÇ-2018: Güləşçilərimiz qızıl və bürünc medallar uğrunda döyüşəcək

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Agyol.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib. Həmyerlimiz çinli rəqibini də ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Həmyerlimizin final görüşü oktyabrın 25-də baş tutacaq.

Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarından da güclü olub. Ancaq Taleh 1/4 finalda gənclərin son dünya çempionatında gümüş medal qazanmış misirli rəqibinə uduzub.

Dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. Rəsul 1/4 finalda prinsipial rəqibi olan iranlı güləşçini də üstələyib və yarımfinala yüksəlib. Finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçiylə bacarmayan Rəsul oktyabrın 26-da bürünc medal görüşünə çıxacaq.

Rafiq Hüseynov da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub. Amma Rafiq 1/4 finalda iranlı rəqibinə uduzub.

55 kq
FİNAL - Eldəniz Əzizli - Jolaman Şarşenbekov (KGZ)
1/2 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 6:3
1/4 final - Eldəniz Əzizli - Şota Tanokura (JPN) 9:0
1/8 final - Eldəniz Əzizli - Liquo Çao (CHN) 9:0
Təsnifat - Eldəniz Əzizli - Jozef Andrasi (HUN) 9:0

63 kq
1/4 final - Taleh Məmmədov - Həsən Əhməd Məhəmməd (EGY) 0:3
1/8 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 3:1
Təsnifat - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:1

72 kq
1/2 final - Rəsul Çunayev - Frank Stebler (GER) 1:9
1/4 final - Rəsul Çunayev - Məhəmmədəli Abdulhəmid Gerayi (İRİ) 6:4
1/8 final - Rəsul Çunayev - Tomohiro İnoe (JPN) 3:1

82 kq
1/4 final - Rafiq Hüseynov - Səid Murad Abdvali (İRİ) 0:3
1/8 final - Rafiq Hüseynov - Daniel Tihomirov Aleksandrov (BUL) 4:3

 




  Yayım tarixi :26 Oktyabr 2018   10:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .