XƏBƏR
21:19

  Elmar Məmmədyarov YUNESKO-nun Baş direktorunun müavini Xinq Qu ilə görüşdü

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Nazir Elmar Məmmədyarov elmin, mədəniyyətlərarası dialoqun və təhsilin inkişafında YUNESKO-nun fəaliyyətini yüksək qiymətləndirdi, Azərbaycanın təşkilatla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı.


Agyol.Az xəbər verir ki, YUNESKO-nun Baş direktoru xanım Odri Azulayın salamlarını çatdıran baş direktorun müavini təmsil etdiyi beynəlxalq qurumun rəhbərliyinin Bakı Humanitar Forumunun təşkilinə yüksək önəm verdiyini qeyd etdi. O, YUNESKO və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən məmnunluqla bəhs etdi.


Tərəflər 2019-cu ildə Azərbaycanda təşkil olunacaq Dünya Mirası Konfransının əlaqələrin daha da inkişafında önəmli rol oynayacağını qeyd etdi. Hər iki tərəf Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsində birgə səylərin artırılmasının vacibliyini vurğuladı.


Görüş zaman tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.




  Yayım tarixi :25 Oktyabr 2018   21:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .