XƏBƏR
14:26

  Bakıda tozlu havanın səbəbi

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakı və Abşeron yarımadasında 25 oktyabr 2018-ci il tarixində səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir.


Nazirliyin mətbuat xidmətindən Agyol.Az-a verilən məlumata görə, sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.

 




  Yayım tarixi :25 Oktyabr 2018   14:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .