XƏBƏR
14:09

  Nazir: "Fransa bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın bir sıra bələdiyyə başçıları və üzvlərinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsinə münasibət bildirib.


Agyol.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyindən Dağlıq Qarabağı ayrı dövlət kimi tanımadıqlarını bildiriblər.


E.Məmmədyarov Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Fransa səfiri ilə görüşdüyünü deyib:


"Səfirə də bildirdim ki, əgər kimsə müəyyən tapşırıqlardan imtina edirsə, Fransa hökuməti öz tərəfindən müvafiq tədbir görsün. Diplomat isə vurğuladı ki, bu məsələ ilə bağlı məlumatları Parisə göndərəcək və cavabı Azərbaycan tərəfinə təqdim edəcək".

 




  Yayım tarixi :25 Oktyabr 2018   14:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .