XƏBƏR
12:18

  Vladimir Putin: VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir.

Agyol.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin tədbirin rəsmi açılış mərasimində səsləndirilmiş müraciətində deyilir.

Müraciətdə tədris və maarif sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və incəsənətin dəstəklənməsi, informasiya təhlükəsizliyinin və əqli mülkiyyətin qorunması ilə bağlı aktual məsələlər üzrə hərtərəfli müzakirələrin vacibliyi vurğulanıb.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, forum iştirakçıları peşəkar təcrübələrini bölüşəcək və səmərəli beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Hazırda Forum işini davam etdirir.

 




  Yayım tarixi :25 Oktyabr 2018   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .