XƏBƏR
21:16

  Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı yolunda fəaliyyətinizdə uğurlar diləyirəm".

 




  Yayım tarixi :24 Oktyabr 2018   21:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .