XƏBƏR
14:45

  "Qarabağ" - "Vorskla" qarşılaşmasına 18 min bilet satılıb

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Vorskla" qarşılaşmasına cəmi 18 min bilet satılıb.

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında "Qarabağ" Futbol Klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Onun sözlərinə görə, həmin biletlərin 200-ü "Vorskla" klubunun azarkeşlərinə satılıb: "17 min 800 bilet isə yerli azarkeşlər tərəfindən alınıb".

Xatırladaq ki, "Qarabağ" - "Vorskla" qarşılaşması oktyabrın 25-də saat 20:55-də keçiriləcək.

Biletlərin qiyməti 2,4,8, 10 və 50 AZN (VİP) arasında dəyişir.

 




  Yayım tarixi :24 Oktyabr 2018   14:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .