XƏBƏR
21:52

  Putindən Trampa təklif: Parisdə görüşək

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib. 

Agyol.az-ın məlumatıan görə, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib. 

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək. 

V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa". 

C.Bolton isə cavabında D.Trampın Rusiya prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: "Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər".

Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib. 

 




  Yayım tarixi :23 Oktyabr 2018   21:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .