XƏBƏR
16:19

  Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU


 2019-cu il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

 

Agyol.az-ın məlumatına görə, “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Sənəddə göstərilib ki, 2019-cu il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat vəsait nəzərdə tutulub.

 

2018-ci il dövlət büdcəsində Prezidentin Ehtiyat Fondu üçün 200 milyon manat vəsait nəzərdə tutulmuşdu.

 

Xatırladaq ki, Azərbaycan Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

 

Prezidentin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

 

Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.

 

Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

 

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 




  Yayım tarixi :23 Oktyabr 2018   16:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .