XƏBƏR
11:40

  Millimiz AÇ-nin seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək.

Agyol.az xəbər verir ki, futbolçularımız Albaniyanın Luşniya şəhərindəki A.Roza Haksiu stadionunda Norveç yığması ilə qarşılaşacaq.

Görüşün baş hakimi Admir Şehoviç, baş hakimin köməkçiləri Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, dördüncü hakim isə Florian Lata (hər ikisi Albaniya) olacaq.

Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 




  Yayım tarixi :23 Oktyabr 2018   11:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .