XƏBƏR
10:10

  Prezident İlham Əliyev: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

“ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.

Agyol.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir.

İlham Əliyev vurğulayıb ki, “ASAN” bizim milli brenddir: “Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var”.

 




  Yayım tarixi :23 Oktyabr 2018   10:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .