XƏBƏR
23:01

  Prezident İlham Əliyev macarıstanlı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Prezident İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə təbrik məktubu göndərib.

 

Agyol.az xəbər verir ki, Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".




  Yayım tarixi :22 Oktyabr 2018   23:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .