XƏBƏR
16:48

  Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Milli Məclisin İntizam Komissiyasının üzvlərinin sayı artırılır.


Agyol.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə (İntizam komissiyası) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 9 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Hazırda isə İntizam komissiyasının üzvlərinin sayı 7 nəfərdir.

 

Hazırki qanunvericilik aşağıdakı kimidir:

Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir.

Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

 

 




  Yayım tarixi :22 Oktyabr 2018   16:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .