XƏBƏR
14:03

  Prezident İlham Əliyev İmişlidə Bayraq Muzeyinin,körpələr evi-uşaq bağçasının və “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

Agyol.az xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.

 

Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.


Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.


Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Komplekslə tanışlıq zamanı Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı İmişli “ASAN xidmət” mərkəzini işə saldı.

 






  Yayım tarixi :22 Oktyabr 2018   14:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .