XƏBƏR
21:27

  Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

Agyol.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar 19.10.2018-ci il saat 00-00-dan etibarən 31.10.2018-ci il (daxil olmaqla) saat 00-00-dək “Texniki fasilə” verilir. Bununla əlaqədar olaraq 22.10.2018-ci il tarixdən etibarən 31.10.2018-ci il (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.

22.10.2018-ci ildən 31.10.2018-ci ilədək (daxil olmaqla) təmir müddətinə Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli

 




  Yayım tarixi :19 Oktyabr 2018   21:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .