XƏBƏR
21:09

  Badamdarda sürüşmə zonasında SON VƏZİYYƏT açıqlandı

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Badamdarda sürüşmə zonasında vəziyyət dəyişməz olaraq qalır. Agyol.az xəbər verir ki, belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Son Məlumata görə, sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.




  Yayım tarixi :18 Oktyabr 2018   21:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .