XƏBƏR
15:22

  Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatında VI tur başa çatıb.

 

Agyol.az xəbər verir ki, kişilərdən ibarət "Odlar Yurdu" komandamız Slovakiyanın "Dunayska Streda" klubu ilə qarşılaşıb və 5,5:0,5 hesabı ilə qalib gəlib.

 

Şahmatçılarımızdan yalnız Vasif Durarbəyli heç-heçə edib.

 

Xalını doqquza yüksəldən komandamız bu nəticə ilə VI pilləyə yüksəlib. Bu gün komandamızı III pillədə olan Çexiya təmsilçisi "Novi Bor"la görüş gözləyir.

 

Qadınlardan ibarət "Odlar Yurdu" komandamız isə İsrailin "Beer Şeva" klubuna 3,5:0,5 hesabı ilə qalib gəlib. Yalnız ilk lövhədəki şahmatçımız Günay Məmmədzadə heç-heçə edib.

 

Zərif şahmatçılarımız bu gün V yer uğrunda görüşdə Ukraynanın Kiyev Şahmat Federasiyası kollektivi ilə qarşılaşacaq.

 




  Yayım tarixi :18 Oktyabr 2018   15:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .