XƏBƏR
12:29

  2019-cu ilin büdcəsi Milli Məclisin 5 iclasında müzakirə olunacaq - İLK DƏFƏ

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin Milli Məclisin iclaslarında müzakirə ediləcəyi vaxt açıqlanıb.

Agyol.az xəbər verir ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri noyabrın 1-dən 8-dək Milli Məclisin komitələrində müzakirə ediləcək.

 

Daha sonra isə büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə ediləcək. Bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.

 




  Yayım tarixi :18 Oktyabr 2018   12:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .