XƏBƏR
22:53

  Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z. Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 




  Yayım tarixi :17 Oktyabr 2018   22:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .