XƏBƏR
21:23

  Deputat: "Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı olmasından xəbər verir"

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Dünya İqtisadi Forumunun "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan bir sıra indikatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb. Yeni metodologiya əsasında müəyyənləşdirilən "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.


Agyol.az  xəbər verir ki,H.Babaoğlu bildirib ki, "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı" yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq 68 yeni indikator daxil edilməklə aparılıb:


"Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunlar nəzərə alımasa da, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buraya infrastruktur, səhiyyə, informasiyakommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunur və hətta bir sıra göstəricilər üzrə ölkəmiz birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm göstəricidir".


Deputat vurğulayıb ki, eyni zamanda, ətraf mühitiə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib:


"Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı bütün imkanlardan istifadə edə bilir. Bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb.


Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı aparılan mühüm iqtisadi islahatlarla əlaqədardır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcək".




  Yayım tarixi :17 Oktyabr 2018   21:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .