XƏBƏR
21:20

  "Messi Ronaldudan yaxşıdır, lakin Kriştianu..."

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

İngiltərənin "Mançester Yunayted" ("MY") klubunun sabiq futbolçusu Pol Skoulz hazırda hansı klub və oyunçuları bəyəndiyini açıqlayıb.


Agyol.az  xəbər verir ki,o, ən sevimli klubunun elə "MY" olduğunu dilə gətirib.


"Real", "Barselona", "Mançester Siti" və "Liverpul"un oyunlarına baxmaq xoşuma gəlir. Lakin mən onların yerinə "Mançester Yunayted" demək istərdim", - deyə o bildirib.


Pol Skoulz futbolçulardan Modriç, Kroos və Messinin yaxşı təsir bağışladığını qeyd edib:


"Mən "Uembli"də "Tottenhem"lə qarşılaşmada Messinin oyununu izlədim. Və matçdan sonra Messi və Ronaldunun müqayisəsi haqda düşündüm.


Onlardan hansı daha yaxşıdır? Messi. Lakin Ronaldu da möhtəşəmdir. Kriştianu etdiyi hər bir şeyə müvəffəqiyyətlə nail olur. O sürətli və güclüdür. Ronaldu qollar vurur, cərimə zərbələrini qola çevirir. Lakin Messi daha hərtərəfl futbolçudur. Onun ötürmələri - vay! O, futbolda hər şeyə qadirdir".




  Yayım tarixi :17 Oktyabr 2018   21:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .