XƏBƏR
21:13

  Rəsmi Bakı: "Duma üzvünün işğal olunmuş ərazilərə qanunsuz səfərdə iştirakı müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır"

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın RF Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində "münaqişənin bütün tərəfləri" ifadəsinin işlədilməsi təəccüb doğurur.


Agyol.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.


Bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır:


"ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hazırda da Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.


Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır".

 




  Yayım tarixi :17 Oktyabr 2018   21:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .