XƏBƏR
16:02

  Bakıda yolun çökdüyü ərazidə tikilən binada işlər dayandırılıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Paytaxtın Səməd Vurğun küçəsində yolun çökdüyü ərazidə yeni tikilən binada işlər dayandırılıb.

Agyol.az xəbər verir ki, hazırda ərazidə işləyən müvafiq qurumların əməkdaşları bildirib ki, çökmə bir anda baş verib. Ərazidən keçən rabitə xətlərinə də ciddi ziyan dəyib. Problemin aradan qaldırılması istiqamətində işlər davam edir.

Bundan başqa, yol kənarındakı reklam lövhəsi də götürülür.

Bir qədər əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirmişdi ki, həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir.

 




  Yayım tarixi :17 Oktyabr 2018   16:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .